Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub Bakı. 30 avqust. REPORT.AZ/ Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluq imkanlarına yiyələnməsi üçün aparılan işlər çərçivəsində onların özünüməşğulluq proqramında iştirakına şərait yaradılır.
Sosial müdafiə
30 Avqust , 2018 20:41
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub

Bakı. 30 avqust. REPORT.AZ/ Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluq imkanlarına yiyələnməsi üçün aparılan işlər çərçivəsində onların özünüməşğulluq proqramında iştirakına şərait yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu il bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edənlərdən 34 nəfəri kiçik ailə təsərrüfatlarını qurmaq üçün müəyyən potensiallarının olduğu nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib.

Həmin şəxslər, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaq niyyətindədir. Proqram çərçivəsində onların kiçik biznesə malik olmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək. Quracaqları təsərrüfatlarını inkişaf etdirmələri üçün mütəmadi olaraq zəruri məsləhət xidmətləri ilə təmin olunacaqlar.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin potensialları müqabilində özünüməşğulluq proqramına cəlb edilməsi işləri hazırda da davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi