Bakıda “İlaxır çərşənbə” təntənəli şəkildə keçiriləcək

Bakıda “İlaxır çərşənbə” təntənəli şəkildə keçiriləcək Paytaxtda Novruz karvanı yola düşəcək
Sosial müdafiə
10 Mart , 2016 15:04
Bakıda “İlaxır çərşənbə” təntənəli şəkildə keçiriləcək

Bakı. 10 mart. REPORT.AZ/ “İlaxır çərşənbə” Bakıda təntənəli şəkildə keçiriləcək.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, matrın 15-i saat 10:30-da metronun “İçərişəhər” stansiyası və BŞİH binasının arasındakı sahədən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı “Atəşgahı”na yola düşəcək.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun “Koroğlu”stansiyasının qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı “Atəşgah”ına yola düşəcək.

Atəşgahdan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun “Koroğlu” stansiyasının yanındakı “Alov” Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayından keçib Şəhər Mərkəzi Parkda Bayram Tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Son xəbərlər

Orphus sistemi