Paytaxt insanlarının itlərə münasibəti və küçə itləri haqda sorğu keçiriləcək

Paytaxt insanlarının itlərə münasibəti və küçə itləri haqda sorğu keçiriləcək IDEA İctimai Birliyi sorğuda müsahibə alan tərəf olaraq iştirak etmək üçün könüllülər dəvət edir
Sosial müdafiə
28 Noyabr , 2015 14:33
Paytaxt insanlarının itlərə münasibəti və küçə itləri haqda sorğu keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ IDEA İctimai Birliyi tərəfindən Bakıda heyvanlara qayğı mərkəzi inşa edilir. Mərkəzdə sahibsiz heyvanlar üçün sığınacaq, baytarlıq klinikası və digər şəraitin yaradılması nəzərdə tutulur.

Birlikdən "Report"a verilən məlumata görə, mərkəzin yaradılması ölkədə sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi üzrə IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən çoxşaxəli layihənin tərkib hissəsidir. Layihə çərçivəsində ölkədə sahibsiz it və pişiklərin çoxalması probleminin araşdırılması, o cümlədən müvafiq sorğuların keçirilməsi planlaşdırılır.

Bu baxımdan dekabrın 12-də IDEA İctimai Birliyi tərəfindən Bakıda yaşayan insanların itlərə münasibəti və şəhərimizdəki küçə itləri haqqında sorğu keçiriləcək.

Sorğu Bakının fəvvarələr meydanı və Park Bulvar alış-veriş mərkəzində keçiriləcək. Könüllülərimiz üçün isti içkilər təqdim ediləcək.

Sorğuda müsahibə alan tərəf olaraq iştirak etmək üçün könüllülər dəvət olunur. İştirak etmək istəyən şəxslərdən öz CV-lərini dekabrın 10-dan gec olmayaraq “sorğu” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi