Parklarda əhali karantin qaydalarına necə əməl edir? - VİDEO

Parklarda əhali karantin qaydalarına necə əməl edir? - VİDEO Azərbaycanın paytaxtı Bakıda iki həftəlik tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminə əsasən bir sıra məhdudiyyətlər tətbiq edilsə də bulvar və parklara giriş qadağan olunmayıb. Bundan istifadə edən paytaxt əhalisi gecələr istirahət üçün parklara üz tutur.
Sosial müdafiə
25 İyun , 2020 04:50
Parklarda əhali karantin qaydalarına necə əməl edir? - VİDEO

Azərbaycanın paytaxtı Bakıda iki həftəlik tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminə əsasən bir sıra məhdudiyyətlər tətbiq edilsə də bulvar və parklara giriş qadağan olunmayıb. Bundan istifadə edən paytaxt əhalisi gecələr istirahət üçün parklara üz tutur. 

Koronavirusla mübarizə çərçivəsində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtda ardıcıl tədbirlər həyta keçirilir. 

Təbii ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir.

“Report”un çəkiliş qrupunun bir çox istirahət parklarında apardığı müşahidələrinə görə, vətəndaşlar maskadan istifadə etmir, sosial məsafəni qorumurlar. Lakin qaydalara əməl edənlər də az deyil. Müsahiblərimiz bu məsələdə daha çox gənclərin məsuliyyətsiz olduqlarını bildirirlər.

Sosial məsafənin olmaması da çox ciddi narahatedici məqamdır. Çünki hazırda sosial distansiya saxlamaq koronavirus infeksiyasının yayılmasının qarşısını almağa imkan verən digər tədbirlərin əhəmiyyətini qat-qat artırır.

Digər tərəfdən koronavirusun əlamətləri bildirməyən insanlar tərəfindən yayılması getdikcə daha da çoxalır. Odur ki, əsas diqqət tibbi maskaların istifadə edilməsidir. Bu zaman infeksiyaya yoluxma ehtimalı da çox aşağı olur. 

Odur ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələn vəzifəsini dərk edərək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə, başqalarını da bu cür davranmağa dəvət etməlidir.

Qeyd edək ki, Milli Məclisdə qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Video: İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi