Övladlığagötürmə üçün münasib olan uşaqların sayı açıqlandı

Övladlığagötürmə üçün münasib olan uşaqların sayı açıqlandı Ötən ilin noyabrın 1-dən bu günə qədər 400-dən artıq vətəndaş övladlığagötürmə ilə bağlı müraciət edib.
Sosial müdafiə
3 Mart , 2020 12:11
Övladlığagötürmə üçün münasib olan uşaqların sayı açıqlandı

"Ötən ilin noyabrın 1-dən bu günə qədər 400-dən artıq vətəndaş övladlığagötürmə ilə bağlı müraciət edib".

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.

A.Kərimov qeyd edib ki, müraciətlərə keçid rejimində baxılıb:

"Yalnız maarifləndirmə xarakterli olub. Çünki altsistem hələ yeni istifadəyə verilib. Daha çox yaxın qohumlar övladlığagötürmə ilə bağlı müraciət edir".

Nazir müavini vurğulayıb ki, daha çox böyük şəhərlərdə olan şəxslər müraciət edirlər:

"Hesab edirik ki, bu şəhərlərdə valideyn himayəsindən məhrum olan uşaqların sayı daha çoxdur. Faktiki olaraq , bu uşaqlar valideynləri tərəfindən atılıb, amma hazırda onların övladlığa götürülməsi üçün bəzi hüquqi addımlar atılmalıdır. Bu uşaqların övladlığa götürülməsinin mümkün olması üçün sənədlər qaydaya salınmalıdır".

Onun sözlərinə görə, hazırda ölkədəki müxtəlif müəssisələrdə 1 000 uşaq valideyn qayğısından kənarda qalıb ki, onlardan 40-50-si övladlığa verilmək üçün münasibdir".

O bildirib ki, son illər ərzində ildə 700-800 uşaq övladlığa verilib. Lakin keçən il övladlığa verilmə sistemindəki dəyişiklik və keçid dövrü olduğu üçün bu say azalaraq 140-a enib".

Son xəbərlər

Orphus sistemi