Övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır

Övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır Bakı. 7 fevral. REPORT.AZ/ Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi İlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq iş planı əsasında işlər davam etdirilir.
Sosial müdafiə
7 Fevral , 2019 13:14
Övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır
0 : 00
0 : 00

Bakı. 7 fevral. REPORT.AZ/ Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi İlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq iş planı əsasında işlər davam etdirilir.

Nazirlikdən "Report"a verilən məlumata görə, yaradılmış işçi qrup tərəfindən bır sıra yerli və xarici ekspertlərlə, QHT-lər, həmçinin UNİCEF və digər bir sıra beynəlxalq təşkilatlarla intensiv məsləhətləşmələr aparılır. 

Bundan əlavə, beynəlxalq konsaltinq şirkəti olan “McKinsey&Company”, valideyn himayəsindən məhrum olmuş uşaqların maraqlarına xidmət etməklə övladlığa götürülmə mövzusunda beynəlxalq təcrübənin araşdırılmasında və tətbiq edilməsində könüllü şəkildə dəstək göstərir. Bu əməkdaşlıq çərçivəsində övladlığagötürmə sahəsində prosesin təkmilləşdirilməsi və bu prosesdə şəffaflıq və çevikliyin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərə dair təkliflərin hazırlanması və s. ilə bağlı beynəlxalq təcrübə öyrənilir.

Hazırda övladlığagötürmə sahəsində qabaqcıl beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanmaqdadır.

Son xəbərlər

Orphus sistemi