Şöbə müdiri: "Övladlığa götürmədə beynəlxalq təcrübəni və Azərbaycan reallıqlarını nəzərə alacağıq"

Şöbə müdiri: "Övladlığa götürmədə beynəlxalq təcrübəni və Azərbaycan reallıqlarını nəzərə alacağıq" Bakı. 25 yanvar. REPORT.AZ/ Uşaqla övladlığa götürmək istəyən şəxsin yaşı arasındakı fərqlə bağlı tələb var.
Sosial müdafiə
25 yanvar 2019 08:50
Şöbə müdiri: Övladlığa götürmədə beynəlxalq təcrübəni və Azərbaycan reallıqlarını nəzərə alacağıq
0 : 00
0 : 00

Bakı. 25 yanvar. REPORT.AZ/ "Uşaqla övladlığa götürmək istəyən şəxsin yaşı arasındakı fərqlə bağlı tələb var".

"Report" xəbər verir ki, bunu “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O bildirib ki, yaş məsələsində əksər dünya ölkələrinin Türkiyə və Avropanın təcrübəsi araşdırılıb: "Minimal və maksimal yaş həddi var. Yaş limiti evli və tək olan şəxslər üçün fərqlidir. Bunlar hazırda işlənilir. Biz beynəlxalq təcrübəni və Azərbaycan reallıqlarını nəzərə alacağıq. Biz tək ana və atanın maddi imkanlarını, sosial vəziyyətini, həmin ailədə yaşayan digər şəxslərin də xəstəliklərini, əvvəllər məhkum olub-olmadığını nəzərə alacağıq".

Son xəbərlər

Orphus sistemi