Ötən il sənaye sektorunda işləyənlərin sayı açıqlanıb

Ötən il sənaye sektorunda işləyənlərin sayı açıqlanıb Muzdla işləyənlərin 22,2%-i təhsil sektorunda çalışır
Sosial müdafiə
13 Yanvar , 2017 14:08
Ötən il sənaye sektorunda işləyənlərin sayı açıqlanıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ümumi sayı 1 514,4 min nəfər olub, onlardan 889,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Muzdla işləyənlərin 22,2%-i təhsil, 19,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,0%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,0%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0% artaraq 494,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Son xəbərlər

Orphus sistemi