Nazirlik: Ötən il pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib

Nazirlik: Ötən il pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən il də sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərdə artım tempi davam edib.
Sosial müdafiə
16 Yanvar , 2019 15:19

Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən il də sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərdə artım tempi davam edib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. 

Sosial müavinətlərin və Prezident təqaüdlərinin məbləği isə 10 faiz artıb. Eyni zamanda Azərbaycan Prezidentinin Azərbaycanın Milli Qəhrəmanları üçün təqaüdünün məbləği 15 faiz artırılaraq 1500 manata çatdırılıb.

Qeyd olunan istiqamətlər üzrə ayrılan vəsaitlərdə də artım özünü göstərib: 2018-ci ildə əmək pensiyaları üzrə ödənişlərə əvvəlki illə müqayisədə 234,7 mln. manat çox olmaqla 3 523,2 mln. manat, sosial müavinət və təqaüdlərə isə 58,2 mln. manat çox olmaqla 428,8 mln. manat vəsait xərclənib.

Son xəbərlər

Orphus sistemi