Ötən il nazirliyin “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər artıb

Ötən il nazirliyin “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər artıb Bu ilin yanvarın 1-dən həmin e-xidmətə 453 minə yaxın müraciət daxil olub
Sosial müdafiə
30 Yanvar , 2017 10:58
Ötən il nazirliyin “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən il 227 685 müraciət daxil olub. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu da əvvəlki illə müqayisədə 10,3 faiz (21 209 müraciət) çoxdur.

Məlumata görə, bu e-xidmətə daim artan marağın əsasında onun işləyən hər kəsə müvafiq hallarda bu və ya digər təşkilata təqdim etmək üçün real vaxt rejimində iş yerinə dair arayış əldə edə bilmək imkanı verməsidir: "Bununla da artıq həmin arayışın alınmasından ötrü vətəndaşın öz iş yeri olan müəssisənin məsul şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və əlavə zəhmət sərf etməsinə ehtiyac qalmır. Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır. Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə “E-hökumət” portalında bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər".

Nazirlikdən bildirilib ki, 2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabr ayında “İş yerinə dair arayış” e-xidmətinin də istifadəyə verilməsinə imkan yaradıb. 

Bu ilin yanvarın 1-dən həmin e-xidmətə 453 minə yaxın müraciət qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi