Ötən il Balakəndə sahibkarlara 200 min manata qədər güzəştli kredit verilib

Ötən il Balakəndə sahibkarlara 200 min manata qədər güzəştli kredit verilib Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 15 sahibkara güzəştli kredit verilib
Sosial müdafiə
25 Fevral , 2015 14:08

Bakı. 25 fevral. REPORT.AZ/ Ötən il ərzində Balakəndə 15 sahibkara 180 min manatdan çox güzəştli kredit verilib. “Report” xəbər verir ki, bunu SOCAR-ın Jurnalistlər üçün keçirdiyi Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüşən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev deyib.
İ.Rzayevin fikrincə, rayonda fəaliyyət göstərən sahibkarların bir qismi də digər yollarla biznes kreditlər əldə edib: “Ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 15 sahibkara 186 min manata qədər güzəştli kredit verilib. Sahibkarların bir qismi nağd pul kreditləri ilə yanaşı, lazım olan texnikanı sərfəli şərtlərlə əldə edirlər. Həmçinin ölkə başçısının sərəncamına uyğun olaraq sahibkarlara bir çox güzəştlər də tətbiq edilir”.
Balakəndə təhsil və idman sahəsində də uğurların əldə edildiyini deyən icra başçısı qızıl medal alan və prezident təqaüdçüsü olan gənclərin də sayının artdığını deyib:
“Ötən il qızıl medal alanların siyahısında Balakən Şəkidən sonra ikinci yeri tutub. Bu yaxınlarda keçirilən ən yaxşı ingilis dili müəllimi müsabiqəsində bizim müəllim qalib gəlib. İdman sahəsində də uğurlarımız var. Onlardan biri sərbəst güləş üzrə çempion Rəsul Çunayevi misal göstərmək olar. Hansı ki, iki gün öncə ölkə Prezidenti cənab ilham Əliyev də onu qəbul edib. Təbii ki, bütün bunlar bizi sevindirir”.
İ.Rzayev, həmçinin bəzi məktəblərdə ixtisaslı kadrların çatışmaması ilə bağlı suallara da aydınlıq gətirib:
“Məktəblərimizdə ixtisaslı kadrlarla bağlı demək olar ki, problem yoxdur. Yalnız psixologiya və ingilis dili müəllimlərimiz çatışmır”.

Son xəbərlər

Orphus sistemi