Ötən il ​Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı 5% artıb

Ötən il ​Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı 5% artıb Ötən il ölkədə 1,5 mln. nəfərdən çox muzdlu işçi çalışıb
Sosial müdafiə
12 Fevral , 2015 14:58
Ötən il ​Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı 5% artıb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,3 manat olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2013-cü ilə nisbətən ötən il muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 4,8% və ya 21,3 manat artıb.

Bununla yanaşı, ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 516,1 min nəfər olub, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Qeyd edək ki, muzdla işləyənlərin 22,2%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1%-i tikintidə, 4,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,3%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Son xəbərlər

Orphus sistemi