Ötən il Azərbaycanda daimi yaşamaq icazəsi verilən şəxslərin sayı açıqlanıb

Ötən il Azərbaycanda daimi yaşamaq icazəsi verilən şəxslərin sayı açıqlanıb 2015-ci ildə ölkədə qalma müddətinə müvafiq olaraq Azərbaycana girişi qeydə alınan əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb
Sosial müdafiə
22 Yanvar , 2016 12:37
Ötən il Azərbaycanda daimi yaşamaq icazəsi verilən şəxslərin sayı açıqlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunan müşavirə keçirilib. Bu barədə "Report"a xidmətin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

O bildirib ki, ötən il Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxsin inzibati qanunvericiliyin pozması halı aşkar edilib və müvafiq tədbirlər görülüb: "Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır".

Xidmət rəisinin sözlərinə görə, ötən il ölkədə qalma müddətinə müvafiq olaraq Azərbaycana girişi qeydə alınan əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb: "Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı artımla yanaşı, Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi də ildən-ilə artırılır. 11 elektron xidmətin, həmçinin,dövlət proqramlarında icrası Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portalın istifadəyə verilməsi, deyilən fikrin əyani nümunəsidir. Hesabat dövründə Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olub".

F.Nəbiyev bildirib ki, ötən il Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ötən il ümumilikdə 105.550 şəxs tərəfindən müraciət daxil olub: "Ötən il Azərbaycan Prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib. Eyni zamanda, müraciətlər əsasında 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycanda müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb".

Son xəbərlər

Orphus sistemi