Ötən il Azərbaycanda 78 üçəm doğulub

Ötən il Azərbaycanda 78 üçəm doğulub Ölkədə 1 000 kişiyə orta hesabla 1009 qadın düşür
Sosial müdafiə
19 Yanvar , 2016 18:36
Ötən il Azərbaycanda 78 üçəm doğulub

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda 78 üçəm doğulub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilib.

Məlumatda bildirilib ki, ötən il ərzində ölkədə 152,4 min körpə doğulub və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2 774-ü əkiz, 78-i isə üçəmdir.

Hesabatda həmçinin qeyd edilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 103,8 min nəfər və ya 1,1 faiz artaraq 2015-ci il dekabr ayının 1-i vəziyyətinə 9696,8 min nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 112 nəfərdir. Əhalinin 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1 000 kişiyə orta hesabla 1 009 qadın düşür.

Son xəbərlər

Orphus sistemi