Ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb

Ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb Ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb.
Sosial müdafiə
1 aprel 2019 08:19
Ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb

Ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. 

Bildirilib ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub.

2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.

Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülən 14 uşağın 4-ü qızdır.

2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülməsi barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.

Son xəbərlər

Orphus sistemi