Yuxarı
    Bağlamaq

    Ötən il Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb

    Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,7 təşkil edib

    Bakı. 19 fevral. REPORT.AZ/ Keçən il ölkədə 54,7 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,7 təşkil edib. "Report"un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.

    Məlumata görə, ölüm səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə də öz təsirini göstərir. Ötən il bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6, qadınlar üçün 76,8 yaş olub.

    Keçən il ölkədə qeydiyyat şöbələri tərəfindən 68,8 min nikah və 12,8 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstəricilər müvafiq olaraq 7,2 və 1,3 olub.

    2015-ci ildə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gələn və 1,6 min nəfər ölkədən gedən qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi