​Ötən il Azərbaycanda 11 230 nəfər əcnəbiyə iş, 53 200 şəxsə müvəqqəti yaşamaq hüququ verilib

​Ötən il Azərbaycanda 11 230 nəfər əcnəbiyə iş, 53 200 şəxsə müvəqqəti yaşamaq hüququ verilib Müvəqqəti yaşamaq üçün 55 181 müraciət daxil olub
Sosial müdafiə
9 Mart , 2016 14:18
​Ötən il Azərbaycanda 11 230 nəfər əcnəbiyə iş, 53 200 şəxsə müvəqqəti yaşamaq hüququ verilib

Bakı. 9 mart. REPORT.AZ/ Ötən il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 17 451 müraciət daxil olub.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti barədə hesabatında bildirilib.

11230 nəfərə iş icazəsi verilib.

Müvəqqəti yaşama icazəsi ilə bağlı 55 181 müraciət daxil olub, əvvəlki hesabat dövründən icraatda olan müraciətlər də nəzərə alınmaqla 53 200 şəxsə və onlarla birlikdə immiqrasiya edən ailə üzvlərinə müvəqqəti yaşamaq üçün icazə verilib. 

Son xəbərlər

Orphus sistemi