Ötən il Ali Məhkəməyə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən il Ali Məhkəməyə daxil olan müraciətlərin sayı açıqlanıb Ötən il Ali Məhkəmənin Aparatının vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.
Sosial müdafiə
17 Aprel , 2019 12:57
Ötən il Ali Məhkəməyə daxil olan müraciətlərin sayı açıqlanıb
Report

Ötən il Ali Məhkəmənin Aparatının vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.

“Report”un xəbər verir ki, 2018-ci ildə vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə ölkənin təşkilatlarından və vətəndaşlardan 25 536 müraciət (kassasiya şikayəti, kassasiya protesti, əlavə kassasiya şikayəti, ərizə, şikayət və s) daxil olub.

Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1414 (5.8 faiz) müraciətin artması deməkdir.

Eyni zamanda, respublikanın təşkilatlarından və vətəndaşlardan daxil olmuş 9296 müraciət (25 536 müraciətə aid edilməklə) prosessual sənədlər olduğu üçün (kassasiya şikayəti, kassasiya protesti, kassasiya şikayətinə etiraz, kassasiya şikayətinə əlavə, vəsatət, izahat və s) icraatda olan işlərə əlavə edilib. 614 prosessual müraciət (əlavə kassasiya qaydasında şikayət, protest, məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə və s) plenumun icraatı qaydasında baxılıb.

Digər 15 626 müraciətə isə Ali Məhkəmənin rəhbərliyi və aparatı tərəfindən baxılıb.

Son xəbərlər

Orphus sistemi