Ötən il Ali Məhkəmənin ailə münaqişələri üzrə qəbul etdiyi qərarların sayı açıqlanıb

Ötən il Ali Məhkəmənin ailə münaqişələri üzrə qəbul etdiyi qərarların sayı açıqlanıb Ötən il Ali Məhkəmənin Mülki kollegiyasının icraatına 9707 iş daxil olub.
Sosial müdafiə
17 Aprel , 2019 14:27
Ötən il Ali Məhkəmənin ailə münaqişələri üzrə qəbul etdiyi qərarların sayı açıqlanıb

Ötən il Ali Məhkəmənin Mülki kollegiyasının icraatına 9707 iş daxil olub.

“Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Qeyd olunub ki, bu da 2017-ci ildə Mülki kollegiyanın icraatında olan 10358 mülki işdən 651 iş, yəni 6.3 faiz azdır.

Hesabat dövründə Mülki kollegiyanın icraatında olan işlərdən 8460-na baxılıb. 108 iş üzrə kassasiya şikayəti geri qaytarılıb, 26 iş üzrə kassasiya şikayətindən imtina edilib, 1113 iş isə 2019-cu ilə qalıq keçirilib.

Eyni zamanda, ötən il icraatda olan işlərin təhlili göstərib ki, ailə münaqişləri üzrə 938 iş, əmək münasibətləri üzrə 248 iş, mənzil mübahisələri üzrə 885 iş, mülkiyyət hüququ ilə əlaqədar mübahisələr üzrə 290 iş, torpaq mübahisələri üzrə 260 iş, borc müqaviləsi üzrə 379 iş, kredit müqaviləsi və bank əmanəti, bank hesabatı müqaviləsi üzrə 3107 iş, sığorta müqaviləsi üzrə 89 iş, vərəsəlik hüququ ilə mübahisələr üzrə 192 iş, aliment alınması tələbləri üzrə 244 işə yekun məhkəmə qərarı çıxarılmaqla baxılıb.

Qalan 1828 iş isə digər mülki mübahisələrlə bağlı olub.

Son xəbərlər

Orphus sistemi