Ötən il ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərə görə 739 nəfər məsuliyyətə cəlb edilib

Ötən il ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərə görə 739 nəfər məsuliyyətə cəlb edilib DİN nümayəndəsi: “Belə cinayətlərin sayı azalıb”
Sosial müdafiə
3 May , 2017 10:42
Ötən il ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərə görə 739 nəfər məsuliyyətə cəlb edilib

Bakı. 3 may. REPORT.AZ/ “Ötən il ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərin sayı 2015-ci illə müqayisədə azalıb. 2016-cı ildə qadınlara qarşı törədilmiş cinayətlərə görə 739 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Əkbər Əkbərov Bakıda keçirilən “Gender problemləri və media” mövzusunda seminarda deyib.

Ə.Əkbərov bildirib ki, qadın hüquqlarının təmin edilməsi, onlara qarşı törədilmiş cinayətlərin açılması və zorakılığın profilaktikası daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

Onun sözlərinə görə, ölkədə münaqişəli ailələr qeydiyyata götürülür və aidiyyəti qurumlar da cəlb edilərək qabaqlayıcı tədbirlər həyata keçirilir. Ə.Əkbərov qeyd edib ki, ailə-məişət zorakılğı zəminində baş verən hər bir cinayət faktı üzrə xidməti yoxlamalar aparılır.  

Son xəbərlər

Orphus sistemi