Yuxarı

Ötən il 16 uşaq bioloji ailələrinə və yaxın qohumlarına qaytarılıb, 2 uşaq övladlığa verilib

Ötən il 16 uşaq bioloji ailələrinə və yaxın qohumlarına qaytarılıb, 2 uşaq övladlığa verilib
Övladlığa verilmiş 4 uşağın ailədəki vəziyyətinə nəzarətin təşkili və vəziyyətinin dövri monitorinqi həyata keçirilib

Bakı. 6 mart. REPORT.AZ/ Ötən il SOS Uşaq Kəndinə 8 nəfər uşaq yerləşdirilib, 16 nəfər uşaq yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə təlim-tərbiyə aldıqları müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

“Report”un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Qeyd olunub ki, Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan daha 2 nəfər uşaq övladlığa verilib. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları ilə birlikdə övladlığa verilmiş 4 uşağın ailədəki vəziyyətinə nəzarətin təşkili və vəziyyətinin dövri monitorinqi həyata keçirilib.

Bundan başqa, dövlət uşaq müəssisələrinin məzunlarından 32 nəfər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənc barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. 

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi