Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb

Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb Hazırda sistemdə fərdi şəxsi hesabı olanların sayı 3 626 942 nəfər təşkil edir
Sosial müdafiə
11 May , 2018 12:11
Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18 970 nəfərə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, həmin şəxslərin hər birinə sığortaolunan kimi uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Vətəndaş fərdi şəxsi hesabında onun üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində gələcək pensiya təyinatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Nəticədə vətəndaşların fərdi uçot sistemində iştirakı stimullaşdırılmaqla, sistemin əhatə dairəsi getdikcə genişlənir. Bu müsbət tendensiyanın davamı olaraq,

sistemdə qeydiyyatda olan sığortaolunanların sayı bu il mayın 1-nə ötən ilin müvafiq dövrünə nisbətən 154 779 nəfər artaraq 3 626 942 nəfərə çatıb.

Bununla yanaşı, sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərərk artırılması da təmin olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti isə vətəndaşlara fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalları barədə məlumat əldə etmək, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət etmək imkanı verir.

Son xəbərlər

Orphus sistemi