Ötən ay əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 169 820 dəfə istifadə olunub

Ötən ay əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 169 820 dəfə istifadə olunub Bu sistem vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasındadır
Sosial müdafiə
10 Noyabr , 2015 10:53
Ötən ay əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 169 820 dəfə istifadə olunub

Bakı. 10 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən bu ilin oktyabr ayında 169 820 dəfə istifadə olunub. Bu barədə “Report”a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu dövrdə əhali nazirliyin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 126 909 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 42 911 dəfə faydalanıb.

Qeyd edək ki, hər iki e-xidmət ötən ilin iyul ayından etibarən Azərbaycanda əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinə başlanılması ilə əlaqədar əhalinin istifadəsinə verilib. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə bildiriş formaları həmin sistemdə qeydiyyata alındıqdan və işəgötürənə elektron qaydada müvafiq məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Proses “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həyata keçirilir. Bununla yanaşı, hər bir vətəndaş “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən yararlanmaqla, onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə edə bilir.

İstifadəyə verildikləri vaxtdan vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasında olan bu iki e-xidmətdən bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 milyon 675 min 727 dəfə istifadə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi