Oqtay Əsədov şəhid ailələri üçün nəzərdə tutulan sığorta haqqının ödənilməməsi məsələsinə münasibət bildirib

Oqtay Əsədov şəhid ailələri üçün nəzərdə tutulan sığorta haqqının ödənilməməsi məsələsinə münasibət bildirib "Bu, Maliyyə Nazirliyinin həll edəcəyi məsələ deyil"
Sosial müdafiə
28 Noyabr , 2014 13:00
Oqtay Əsədov şəhid ailələri üçün nəzərdə tutulan sığorta haqqının ödənilməməsi məsələsinə münasibət bildirib
Bakı. 28 noyabr. REPORT.AZ/ "Şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan sığorta haqqının ödənilməsi təmin edilməlidir. Çünki bu vəsaitin ödənilməsi elə də böyük xərc tələb etmir". "Report" xəbər verir ki, bunu parlamentin bugünkü iclasında çıxış edən millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, maliyyə naziri məsələni araşdırıb şəhid ailələrinə sığorta haqqının ödənilməsini təmin olunması məsələsini həll etməlidir.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq bildirib ki, bu, Maliyyə Nazirliyinin həll edəcəyi məsələ deyil: “Bununla bağlı Konstitusiya Məhkəməsi parlamentə məktub göndərib ki, məsələ ilə bağlı qərar qəbul olunsun. Biz də araşdıraraq hökumətə müraciət edəcəyik ki, məsələ həllini tapsın”.

Son xəbərlər

Orphus sistemi