ƏƏSMN bu il əlilliyi olan şəxsləri 35351 reabilitasiya vasitəsi ilə təmin edib

ƏƏSMN bu il əlilliyi olan şəxsləri 35351 reabilitasiya vasitəsi ilə təmin edib Bakı. 30 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2018-ci ildə 9284 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
Sosial müdafiə
30 Dekabr , 2018 17:16
ƏƏSMN bu il əlilliyi olan şəxsləri 35351 reabilitasiya vasitəsi ilə təmin edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2018-ci ildə 9284 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

ƏƏSMN-dən "Report"a verilən məlumata görə, onlardan 1039 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.

Əlilliyi olan şəxslərə 1436 əlil arabası, 794 eşitmə aparatı, 6980 cüt protez və ya ortopedik ayaqqabı, 1681 aşağı yuxarı ətraf, döş protezi verilib. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara 9535 müxtəlif reabilitasiya vasitələri, 1485 yuxarı və aşağı ətraf ortezləri, 341 bel və boyun nahiyəsi üçün korset, 811 dördayaqlı dayaq vasitəsi, 949 cüt qoltuqaltı, 1526 cüt dirsəkaltı ağac və s. təqdim olunub.

Ümumilikdə 2018-ci ildə əlilliyi olan şəxslərə 35351 reabilitasiya vasitəsi verilib. Reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan insanlara elə yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində həmin vasitələr aparılaraq verilib.

Mərkəz tərəfindən 597 əlilliyi olan şəxsə isə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib. 

Son xəbərlər

Orphus sistemi