Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasına baş çəkib

Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasına baş çəkib Bəzi müraciətlər yerində təmin edilib
Sosial müdafiə
20 İyun , 2017 15:45
Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasına baş çəkib

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Bu barədə “Report”a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı saxlanılma şəraiti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisədə saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib, bəzi müraciətlər yerində araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, habelə bəzi müraciətlər yerində təmin edilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi