Ombudsman nümayəndələri Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Ombudsman nümayəndələri Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinə baş çəkiblər Bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib
Sosial müdafiə
28 Aprel , 2016 15:34
Ombudsman nümayəndələri Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Bakı. 28 aprel. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkib.

Bu barədə "Report"a Aparatın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, beynəlxalq standartlara və Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı məhkum olunan şəxslərlə rəftara dair müəssisə rəhbərliyi və xidmət əməkdaşları ilə maarifləndirici söhbətlər aparılıb, müəssisənin tibb-sanitar hissəsi, yataqxana, cərimə təcridxanası, karantin otağı, görüş yerləri, yeməkxana və digər obyektlərinə baxış keçirilıb, saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası üzrə görülmüş işlər yerində araşdırılıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb, bəzi müraciətlər isə yerində təmin edilibr. Ümumilikdə isə, qəbul olunan məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyib.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, xidmət əməkdaşlarının hüquqi maarifləndirilməsi tərbirlərinin sayının artırılması ilə bağlı tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi