Ombudsman: "Azərbaycanda insan hüquqları tam təmin olunur"

Ombudsman: "Azərbaycanda insan hüquqları tam təmin olunur" "Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır"
Sosial müdafiə
20 İyun , 2018 10:33
Ombudsman: Azərbaycanda insan hüquqları tam təmin olunur
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ "Azərbaycanda sabitlik və insan hüquqları­ tam təmin olunur".

“Report” xəbər verir­ ki, bunu İnsan Hüquq­ları üzrə Müvəkkili E­lmira Süleymanova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövz­usunda Ombudsmanların­ XV Bakı Beynəlxalq ­Konfransında deyib.

O bildirib ki, Azərbaycanda hər bir dövlət qurumunda insan hüquqları üzrə müvafiq struktur bölmələri yaranıb: "Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır".

E.Süleymanova qeyd edib ki, Azərbaycan ombudsmanı hər bir Azərbaycan vətəndaşının bütün hüquqlarının pozulmasının qarşısının alınması və ümumiyyətlə insan hüquqlarının qorunması sahəsində bütün işləri görür. Elmira Süleymanova xatırladıb ki, bugünlərdə BMT-nin İnsan Hüquqları üzrə ali komissarlığı İnsan hüquqları sahəsində uğurlu olan 19 ölkə sırasında Azərbaycanın da adını çəkib.

Son xəbərlər

Orphus sistemi