​Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

​Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər Həmin müəssisələrdə 40-dan çox məhkum, o cümlədən İlqar Məmmədov fərdi qaydada qəbul edilib
Sosial müdafiə
16 May , 2015 15:38
​Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Bakı. 16 may. REPORT.AZ/ Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 6 və 15 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) başçəkmələr həyata keçiriblər.Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Başçəkmələrdə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən həmin müəssisələrdə 40-dan çox məhkum, o cümlədən İlqar Məmmədov fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb.

Saxlanılan şəxslər şəraitdən və onlara qarşı rəftardan narazılıq etməyib, onlara hüquqları və ombudsmanın səlahiyyətləri izah olunub, qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə CÇM-lərin cərimə təcridxanalarına, tibb-sanitar hissələrinə və digər obyektlərinə baxışlar keçirilib, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi