Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər Nəticələrlə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq
Sosial müdafiə
5 May , 2015 11:35
Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Bakı. 5 may. REPORT.AZ/ Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri (MPQ) əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 11 və 17 saylı cəzaçəkmə müəssisələrinə baş çəkiblər. Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən keçirilən baxışda məqsəd cəzaçəkmə müəssisələrindən daxil olan müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması olub. 

Baxışda Milli Preventiv Qrupun həkim də iştirak edib. MPQ üzvləri həmin müəssisələrdə 60-dan çox məhkum fərdi qaydada qəbul edib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb. Məhkumlara hüquqları və ombudsmanın səlahiyyətləri izah edilib, onların qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib. 

Habelə cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarına, tibb-sanitar hissələrinə və digər obyektlərinə baxışlar keçirilib, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. 

Məlumatda qeyd olunub ki, baxışın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaqdır.

Son xəbərlər

Orphus sistemi