​Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirib

​Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirib Tədbirlərin keçirilməsini komandanlıq və şəxsi heyət razılıqla qarşılayıb
Sosial müdafiə
15 Fevral , 2016 20:54
​Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirib

Bakı. 15 fevral. REPORT.AZ/ Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirib.

Aparatın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili Qoşunların Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçirib. Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları hərbi hissələrin bütün obyektlərinə, o cümlədən müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanalarına, əsgər yeməkxanasına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün yaradılan yeməkxanaya, ərzaq anbarlarına, tibb məntəqəsinə baxışlar keçirib, hərbi qulluqçularla görüşlərdə insan hüquqları ilə əlaqədar söhbətlər aparıb.

Hərbi qulluqçulara yaradılan şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti müsbət qiymətləndirilib.

Habelə Ombudsman Aparatının əməkdaşları N saylı hərbi hissənin zabit və gizir heyəti ilə keçirilən tədbirdə çıxış edib, Azərbaycanda Ombudsman institutunun yaranması və səlahiyyətləri, Müvəkkilin çoxşaxəli fəaliyyəti, o cümlədən hərbi qulluqçuların hüquqları istiqamətində gördüyü işlər barədə məlumat verib, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, iştirakçıların çoxsaylı suallarını cavablandırıb. 

Həmçinin Ombudsmanın 2003-2014-cü illəri əhatə edən illik məruzələrinin elektron variantı hərbi hissələrin rəhbərliyinə təqdim edilib. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

Tədbirlərin keçirilməsini komandanlıq və şəxsi heyət razılıqla qarşılayıb.

Son xəbərlər

Orphus sistemi