Ombudsman Aparatının əməkdaşları Gəncədə yerləşən İstintaq Təcridxanasında olublar

Ombudsman Aparatının əməkdaşları Gəncədə yerləşən İstintaq Təcridxanasında olublar Müəssisə daxilində müxtəlif obyektlərdə 22 nəfər öz xahişi ilə təkbətək qəbul edilib
Sosial müdafiə
13 İyul , 2015 20:15
Ombudsman Aparatının əməkdaşları Gəncədə yerləşən İstintaq Təcridxanasında olublar

Bakı. 13 iyul. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 40-dan çox saxlanılan şəxs fərdi qaydada dinlənilib, habelə 22 nəfər öz xahişi ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilən şəxslər şəraitdən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə İstintaq Təcridxanasının yeməkxana və yataqxanalarına, tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib, havaların isti keçməsi ilə əlaqədar havalandırma sisteminin çalışdığı müşahidə edilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər

Orphus sistemi