Ombudsman Aparatının nümayəndələri Seymur Həzi ilə görüşüb

Ombudsman Aparatının nümayəndələri Seymur Həzi ilə görüşüb Bəzi qaldırılmış məsələlərlə bağlı Ombudsman tərəfindən aidiyyəti dövlət orqanlarına müraciətlər olunacaq
Sosial müdafiə
101
30 Oktyabr , 2014 16:45
Ombudsman Aparatının nümayəndələri Seymur Həzi ilə görüşüb
Bakı. 30 oktyabr. REPORT.AZ/ Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) qısamüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Qəbul edilmiş 20 nəfər saxlanılan şəxslə yanaşı Seymur Həzi, Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Elvin Kərimovla aparılan konfidensial söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıq etməyiblər.

Həmin şəxslərin bəziləri barələrində olan cinayət işi üzrə istintaqdan və ya məhkəmə qərarlarından narazılıqlarını bildirib, onlara bununla bağlı hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, eyni zamanda müvafiq hüquqi məsləhətlər verilib.

Bəzi qaldırılmış məsələlərlə bağlı isə Ombudsman tərəfindən aidiyyəti dövlət orqanlarına müraciətlər olunacaq.

Habelə başçəkmə zamanı BİT-də, o cümlədən kameralarda isitmə sisteminin noyabrın 15-dən işə salınacağı məlum olub.

Son xəbərlər

Orphus sistemi