Yuxarı

DSMF-nin şöbə müdiri: "Ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 200 manata yaxındır"

Azərbaycanda əmək pensiyaçılarının sayı 1709 nəfər artıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycanda əmək pensiyaçılarının sayı bu ilin oktyabrın 1-nə 1 292 591 nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 1709 nəfər və ya 0,1 faiz artıb". "Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev deyib.

Onun sözlərinə görə, pensiyaçıların 778 850 nəfərini və ya 60,2 %-ni yaşa görə, 371 941 nəfərini və ya 28,8 %-ni əlilliyə görə, 141 800 nəfərini və ya 11 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir: "Oktyabrın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 175,8 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 200 manata yaxındır. Bu isə ölkə üzrə orta aylıq əmək haqqının təxminən 43 faizini təşkil edir".

E.Məmmədəliyev bildirib ki, bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də "Elektron hökumət" portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə iki milyona yaxın vətəndaş yararlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi