​Oğuz və Şəkidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verilib

​Oğuz və Şəkidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verilib Bu ilin ötən dövrü ərzində 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub
Sosial müdafiə
13 Aprel , 2016 17:40
​Oğuz və Şəkidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verilib

Bakı. 13 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Oğuz və Şəki rayonlarında müharibəsi əlili və şəhid ailələrinə 7 ədəd yeni fərdi yaşayış evi təqdim edib. 

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, onlardan 5 nəfəri Qarabağ müharibəsi əlilləri, 2-i isə şəhid ailələridir.

Evlərin istifadəyə verilməsi tədbirlərində ölkə vətəndaşının rifah halının yüksəldilməsinin, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf stretegiyasının başılıca hədəflərindən olduğu vurğulanıb. Qeyd olunub ki, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində də ardıcıl və məqsədyönlü işlər görülür.

Bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 53 mənzil istifadəyə verilməklə, 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda Bakıda və ölkənin regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün həm çoxmənzilli, həm də fərdi yaşayış evlərinin inşası, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.

Son xəbərlər

Orphus sistemi