Novruz bayramı münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq

Novruz bayramı münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq Şəhər Mərkəzi Parkında bayram karvanı ilə Atəşgahdan gətirilmiş odla tonqal alovlandırılacaq
Sosial müdafiə
325
11 Mart , 2016 16:10
Novruz bayramı münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq

Bakı. 11 mart. REPORT.AZ/ Novruz bayramı münasibətilə martın 19-da Milli Parkda dövlət səviyyəsində bayram tədbirinin və ümumxalq gəzintisinin təşkil olunması münasibətilə və bu tədbirlərin yüksək səviyyədə qeyd edilməsi məqsədilə saat 22.00-da möhtəşəm atəşfəşanlıq olacaq. Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

İcra Hakimiyyəti bir daha bildirir ki, "İlaxır çərşənbə" günü – martın 15-də saat 19.00-da Heydər Əliyev Sarayının arxasında Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında bayram karvanı ilə Atəşgahdan gətirilmiş odla tonqal alovlandırılacaq, konsert və atəşfəşanlıq olacaq.

Son xəbərlər

Orphus sistemi