​Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sənədlərinin qəbulu davam edir

​Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sənədlərinin qəbulu davam edir Əlavə məlumatları nazirliyin internet saytından və 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür
Sosial müdafiə
15 Sentyabr , 2015 17:07
​Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sənədlərinin qəbulu davam edir

Bakı. 15 sentyabr. REPORT.AZ/ Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu davam edir. Bu barədə “Report”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Arzu edən şəxslər sənədlərini bütün iş günləri saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) təqdim edə bilərlər.

Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi