Nərimanov RİH: Şirkət rəhbərliyinə tikintinin dayandırılması tapşırılıb

Nərimanov RİH: Şirkət rəhbərliyinə tikintinin dayandırılması tapşırılıb Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) “Azadlıq qəzeti” facebook səhifəsində yayımlanan videomateriala münasibət bildirib.
Sosial müdafiə
30 Aprel , 2020 18:04
Nərimanov RİH: Şirkət rəhbərliyinə tikintinin dayandırılması tapşırılıb

Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) “Azadlıq qəzeti” facebook səhifəsində yayımlanan videomateriala münasibət bildirib.

RİH-dən “Report”a bildirilib ki, materialda adı çəkilən “Luxe Home” şirkətinə Bakı Şəhər İcra Hakimiyyətinin 24.10.2014-cü il tarixli 505 saylı sərəncamı ilə tikinti üçün torpaq sahəsi ayrılıb:

“Layihənin birinci mərhələsində 1 girişli 60 mənzilli binanın tikintisi başa çatdırılıb, sakinlər qarşılıqlı razılaşma əsasıda köçürülüb.

Layihənin ikinci mərhələsi zamanı 7 ailə razılaşma əsasında köçürülüb və mənzillərlə təmin edilib. Qalan 5 ailə ilə artıq ilkin razılaşma əldə olunub. Şirkət perspektivdə bina ətrafı sahənin abadlaşdırılması məqsədilə vətəndaş Hacıyev Sədiyə məxsus yaşayış sahəsini tikinti layihə sahəsinə düşmədiyinə baxmayaraq, əvəzi ödənilməklə almaq və ya mənzillə əvəzləmək niyyətindədir. Lakin vətəndaş qeyri-real təkliflər irəli sürməklə ona təklif edilən real bazar qimətinə razılaşmamaqda davam edir. Həmçinin ona faktiki sahəsindən 20% artıq ölçüdə şirkətin eyni ünvanda hazır binasında mənzillər təklif edilib, lakin sakin bundan da imtina edib. Bütün bunlara baxmayaraq, şirkət rəhbərliyinə tikintinin dayandırılması tapşırılıb və sakinlə yaranmış narazılığın aradan qaldırılması tövsiyə edilib.

Rayon icra hakimiyyəti rayon ərazisində aparılan bütün tikinti layihələrinə gündəlik nəzarət edir və hər bir sakinin hüquqlarının qorunması üçün mütəmadi tədbirlər görür. Rayon icra hakimiyyəti vətəndaşlardan problem və haqsızlıqla qarşılaşdıqları zaman rayon icra hakimiyyətinə müraciət etmələrini xahiş edir”.

Son xəbərlər

Orphus sistemi