Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrənməyə gediblər

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrənməyə gediblər Nümayəndə heyəti Almaniyada əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə yaxından tanış olacaq
Sosial müdafiə
18 May , 2015 11:32
Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrənməyə gediblər

Bakı. 18 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial reabilitasiya xidməti üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Almaniyaya gedib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfərin məqsədi əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiyası xidmətinin təkmilləşdirilməsi sahəsində Almaniya ilə təcrübə mübadiləsinin aparılmasıdır. Mayın 23-də başa çatacaq səfər çərçivəsində Almaniyanın aidiyyəti dövlət qurumunun məsul şəxsləri ilə görüşlər keçiriləcək, əlilliyi olan şəxslərlə bağlı hüquqi-normativ baza, bərpa-müalicə və reabilitasiya sisteminin təşkili, tibbi modellə yanaşı sosial modelə əsaslanan reabilitasiya tədbirləri və s. mövzularda məlumat mübadiləsi aparılacaq.

Nümayəndə heyəti eyni zamanda Almaniyada əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olan müəssisələrlə, onların iş təcrübəsi ilə yaxından tanış olacaq.

Qeyd edək ki, səfər Avropa İttifaqının "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində baş tutur.

Son xəbərlər

Orphus sistemi