Nazirlik: Sığınacaqlarda indiyədək 167 nəfərə sosial xidmət göstərilib

Nazirlik: Sığınacaqlarda indiyədək 167 nəfərə sosial xidmət göstərilib Bakı. 26 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində bu vaxtadək 167 nəfərə sosial xidmət göstərilib.
Sosial müdafiə
26 Aprel , 2018 20:11
Nazirlik: Sığınacaqlarda indiyədək 167 nəfərə sosial xidmət göstərilib

Bakı. 26 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində bu vaxtadək 167 nəfərə sosial xidmət göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, onlardan 101 nəfəri Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa, 66 nəfəri isə uşaqlar olduğundan Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağa və və Reabilitasiya Müəssisəsinə yerləşdiriliblər. Həmin insanların qanunvericilikdə nəzərdə tutulmuş qaydada stasionar şəraitdə sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı, ən başlıcası, normal həyat tərzinə qayıdışı, sosial adapatasiyası üçün məqsədyönlü işlər aparılıb.

Sosial sığınacağa qəbul edilmiş yaşayış yeri olmayan 18 yaşdan yuxarı olan vətəndaşların Sosial Sığınacağı tərk edərkən məşğulluq orqanları ilə birgə onların məşğulluğuna köməklik göstərilir. Həmçinin yetkinlik yaşına çatmayanların Sosial Sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə aidiyyəti tədbirlər görülür.

Artıq 5 aydan çoxdur ki, fəaliyyət göstərən hər iki müəssisədə müasir tələblərə uyğun şərait var. Sosial sığınacaqlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.

Hazırda isə bu müəssisələrdə 28 nəfərə (o cümlədən 18 yaşdan yuxarı 9 nəfərə, yetkinlik yaşına çatmamış 19 nəfərə) sosial xidmətlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi