Nazirlik rəsmisi: "Bu, yanlış təfəkkürdür"

Nazirlik rəsmisi: "Bu, yanlış təfəkkürdür" “Bu gün cəmiyyətdə elə fikir formalaşıb ki, 65 yaş həddi çoxdur, əgər başıma nəsə gəlsə pensiya ala bilməyəcəyəm"
Sosial müdafiə
23 Fevral , 2021 12:27
Nazirlik rəsmisi: Bu, yanlış təfəkkürdür

“Bu gün cəmiyyətdə elə fikir formalaşıb ki, 65 yaş həddi çoxdur, əgər başıma nəsə gəlsə pensiya ala bilməyəcəyəm. Bu, yanlış təfəkkürdür. Qanunvericilikdə 3 pensiya növü varsa onun biri yaşa görədir. Digərləri isə əlilliyə görədir”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ölkədə 30 yaşında əlilliyə görə pensiya alan vətəndaşlar var:

“Vətəndaş istənilən yaşda pensiyaçı ola bilər. 65 yaşa çatıb yaşa görə pensiya almaq həddinə gəlinibsə deməli sağlamlığında problem olmayıb”.

Şöbə müdiri bildirib ki, 25 il sığorta stajı və 28 illik pensiya kapitalı tələbindən ikisindən biri olarsa pensiya almaq hüququ qazanır:

“Əgər vətəndaşın 25 ilə uyğun stajı yoxdursa, ancaq lazım olan kapitalı varsa yaşa görə pensiyaçı ola bilər. Əvvəl pensiyanın təyin olunması üçün sənəd toplanması üçün uzun müddət vaxt tələb olunurdusa, bu ilin yanvar ayının 1-dən pensiya yaşına çatan şəxslər avtomatik şəkildə topladığı kapitala uyğun olaraq pensiya təyin olunur”.

Son xəbərlər

Orphus sistemi