Nazirlik rəsmisi: "Bir neçə rayonda yeni məhkəmə binaları tikilir"

Nazirlik rəsmisi: "Bir neçə rayonda yeni məhkəmə binaları tikilir" Bakı. 1 dekabr. REPORT.AZ/ "Son illər Azərbaycanda 33 məhkəməni və icra qurumunu əhatə edən məhkəmə kompleksləri və binaların layihələndirmə işləri aparılıb. Artıq bir sıra məhkəmə binaları tikilərək istifadəyə verilib".
Sosial müdafiə
1 Dekabr , 2017 14:02
Nazirlik rəsmisi: Bir neçə rayonda yeni məhkəmə binaları tikilir
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin aparıcı məsləhətçisi Liza Xanməmmədova / Report/ Orkhan Azim

Bakı. 1 dekabr. REPORT.AZ/ "Son illər Azərbaycanda 33 məhkəməni və icra qurumunu əhatə edən məhkəmə kompleksləri və binaların layihələndirmə işləri aparılıb. Artıq bir sıra məhkəmə binaları tikilərək istifadəyə verilib".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin aparıcı məsləhətçisi Liza Xanməmmədova "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

O xatırladıb ki, ötən illərdə Oğuz rayonunda, Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami rayon, Gədəbəy rayon məhkəmələri üçün yeni binalar istifadəyə verilib: "Daha bir neçə rayonda yeni məhkəmə binaları tikilir".

Nazirlik nümayəndəsi qeyd edib ki, həmin binalarda əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi