Nazirlik övladlığagötürmə sahəsində ediləcək yenilikləri açıqlayıb

Nazirlik övladlığagötürmə sahəsində ediləcək yenilikləri açıqlayıb Bakı. 25 yanvar. REPORT.AZ/ Valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün həmin ailələrə dəstək olunacaq.
Sosial müdafiə
25 Yanvar , 2019 12:00
Nazirlik övladlığagötürmə sahəsində ediləcək yenilikləri açıqlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ "Valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün həmin ailələrə dəstək olunacaq".

"Report" xəbər verir ki, bunu “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb: "Fərmana əsasən övladlığagötürmə ilə bağlı bir sıra məsələlər, tənzimləmələr və əməliyyatlar, mexanizmlər üzrə səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Bura övladlığagötürmə ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqların, övladlığa götürülən uşaqların və övladığa uşaq götürmək istəyən şəxslərin uçotu da daxildir".

O əlavə edib ki, bu işlə bağlı artıq ötən müddət ərzində nazirlikdə yaradılmış xüsusi işçi qrup fəaliyyət göstərir: "Bu qrupun tərkibinə müxtəlif sahələrdən olan ekspertlər daxildir. Bu dövr ərzində həmin işçi qrup övladlığagötürmə ilə bağlı idarə sistemində iştirak edən dövlət qurumları, sırf yerlərdə işləyən dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirib. Bu prosesdə iştirak edən psixoloqlar, hüquqşünaslar, vəkillər ilə görüşlər keçirilib və onların fikirləri alınıb. Həmçinin mötəbər beynəlxalq məsləhətçi şirkətlə də məsləhətləşmələr aparılıb. Məqsədimiz hər bir uşağa layiqli bir ailənin tapılmasıdır. Əsas məqsəd həmin uşağı öz ailəsinə qaytarmaqdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsi üçün artıq bir sıra təkliflər, layihələr hazırlanıb".

Son xəbərlər

Orphus sistemi