Yuxarı

Nazirlik ötən il 77 nəfər insan alveri qurbanını yardımla təmin edib

Həmin şəxslərin 9 nəfəri sığınacaqda yerləşdirilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 77 nəfər şəxsi müvafiq yardımlarla təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin şəxslərdən 58 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 19 nəfəri isə insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən şəxslər olub.

Qeyd olunan insanların bir hissəsi ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növləri ilə təmin ediliblər. Onlardan 22 nəfərinə hüquqi, 26 nəfərinə psixoloji, 8 nəfərinə tibbi yardım göstərilib, 9 nəfəri sığınacaqda yerləşdirilib. Həmçinin 18 nəfərinin məşğulluğunun təmin olunması, 12 nəfərinin peşə hazırlığına cəlb olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə tədbirlər görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi