Yuxarı

Nazirlik nəqliyyat vasitələrini təmir etdirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Aparatın balansında olan nəqliyyat vasitələrini təmir etdirəcək. 

"Report"un xəbərinə görə, Nazirlik həmin nəqliyyat vasitələrinin cari ildə hissələrinin yenisi ilə əvəz olunması və ya təmiri, sürtkü materiallarının dəyişdirilməsi xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. 

Maraqlanan təşkilatlar (012) 596 44 09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər martın 18-i saat 17:00-a qədər Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında qəbul olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi