​Nazirlik evlərində qulluqla təmin olunan şəxslərin sayını açıqlayıb

​Nazirlik evlərində qulluqla təmin olunan şəxslərin sayını açıqlayıb Onlardan 10 753 nəfərinin yaşı 70-dən yuxarı olanlardır
Sosial müdafiə
22 Yanvar , 2015 15:42
​Nazirlik evlərində qulluqla təmin olunan şəxslərin sayını açıqlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hazırda evlərində sosial-məişət xidməti ilə təmin olunan tənha ahıl və əlil vətəndaşların sayı açıqlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a daxil olan məlumata görə, hazırda evlərində sosial-məişət xidməti ilə təmin olunan bu cür şəxslərin sayı 13 003 nəfər

Onlardan 10 753 nəfərinin yaşı 70-dən yuxarı olanlardır. Müvafiq qanunvericiliyə uyğun olaraq, şəhər və qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçi həftədə azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olur, onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərir.

Ahıllıq və əlillik səbəbindən özünə qulluq qabiliyyəti olmayan, tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları və ya valideynləri olmayan vətəndaşlar (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) evlərində sosial xidmətlə təmin edilirlər.

Son xəbərlər

Orphus sistemi