Nazirlik əlilliyi olan 284 şəxsi işlə təmin edib

Nazirlik əlilliyi olan 284 şəxsi işlə təmin edib Əlilliyi olan şəxslərin işlə təmin edilməsi göstəricilərinə görə Abşeron, Aran və Naxçıvan iqtisadi rayonları üstünlük təşkil edib
Sosial müdafiə
17 İyun , 2016 15:37
Nazirlik əlilliyi olan 284 şəxsi işlə təmin edib

Bakı. 17 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvar-may aylarında əlilliyi olan 284 şəxsi münasib işlərlə təmin edib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, onlardan 128 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota çərçivəsində vakant olan iş yerlərinə təyin olunublar. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi göstəricilərinə görə Abşeron, Aran və Naxçıvan iqtisadi rayonları üstünlük təşkil edib.

2016-cı ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota üzrə 665 müəssisə üzrə 2 minə yaxın boş iş yeri müəyyən edib. Həmin vakansiyaların yarısı əlilliyi olan şəxslər üçündür.

Son xəbərlər

Orphus sistemi