Nazirlik: Bu il 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib

Nazirlik: Bu il 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib "Övladlığa körpə götürmək üçün 200 nəfər növbə gözləyir"
Sosial müdafiə
16 Oktyabr , 2017 14:51
Nazirlik: Bu il 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib
Report

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Hazırda növbədə övladlığa körpə götürmək üçün müraciət edən 200 nəfər var".

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib: "2016-cı ildə isə övladlığa 36 körpə verilib. Övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər".

Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.

Son xəbərlər

Orphus sistemi