Yuxarı

Nazirlik: Bu il 172 829 nəfər vətəndaşa fərdi şəxsi hesab açılıb

Nazirlik: Bu il 172 829 nəfər vətəndaşa fərdi şəxsi hesab açılıb
Fərdi uçot sistemində qeydiyyata alınmış vətəndaşların sayı 3 352 983 nəfərə çatıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox, yəni 17 071 nəfərə fərdi şəxsi hesab açılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, ümumilikdə bu ilin yanvar-noyabr aylarında əlavə olaraq 172 829 nəfər fərdi uçot sistemi ilə əhatə olunub.

Məlumata görə, beynəlxalq standartlara uyğun şəkildə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti olan fərdi uçot sistemində qeydiyyata alınan vətəndaşların sayı dekabrın 1-nə 3 352 983 nəfərə çatıb. Sığortaolunanların 20,1 faizi 30 yaşa qədər olan, 25,6 faizi isə 30-40 yaş aralığında olan şəxslərdən ibarətdir. Həmçinin sistemdə fərdi şəxsi hesaba malik şəxslərin 20 faizini 40-50 yaş aralığında, 21 faizini 50-60 yaş aralığında, qalanlarını isə 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Sığorta-pensiya sisteminin avtomatlaşdırılmış infrastrukturunun qurulması nəticəsində sığorta münasibətləri və pensiya təminatı sahəsində bütün xidmətlər elektron müstəvidə təşkil olunub. Bu sahədə əhaliyə təqdim edilən elektron xidmətlərdən biri də “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətidir. Vətəndaşlar bu e-xidmət vasitəsilə onlarla bağlı ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək, öz pensiya kapitalına, işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə mütəmadi şəkildə nəzarət etmək imkanlarına malikdirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi