​Nazirlik: Bu il 13 756 nəfər vətəndaş fərdi qaydada qəbul edilib

​Nazirlik: Bu il 13 756 nəfər vətəndaş fərdi qaydada qəbul edilib Müraciət edən şəxslərdən 223 nəfəri nazir Səlim Müslümovla görüşüb
Sosial müdafiə
18 Aprel , 2016 20:20
​Nazirlik: Bu il 13 756 nəfər vətəndaş fərdi qaydada qəbul edilib

Bakı. 18 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin yanvar-mart aylarında nazirliyin rəhbər şəxsləri və məsul əməkdaşları ümumilikdə 13 756 nəfər vətəndaşın fərdi qaydada qəbulunu həyata keçirib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, onlardan 13 578 nəfəri nazirliyin “Qəbul otağı”na müraciət edənlər olub.

Müraciət edən şəxslərdən 223 nəfərini (o cümlədən nazirlikdə 45 nəfər və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin ölkənin şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəllərinə uyğun olaraq bölgələrdə keçirilən qəbullar zamanı 178 nəfər) əmək və əhalinin sosial müdafiəsi naziri, 135 nəfəri nazir müavinləri və aparat rəhbəri, digərləri isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri fərdi qaydada qəbul edib. Hər bir müraciətə diqqət və həssaslıqla yanaşılaraq, vətəndaşların qaldırdıqları məsələlərin qısa müddətdə həlli üçün konkret və məqsədəuyğun tədbirlər görülüb, habelə əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərlə əlaqədar vətəndaşlar aidiyyəti üzrə izahatlandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qəbul otağı”nda vətəndaşların rahat şəkildə müraciət edə bilmələri və qəbul edilmələri üçün müasir tələblərə uyğun şərait mövcuddur. Qəbula gələn hər bir şəxs buradakı post-terminaldan götürdüyü nömrələnmiş qəbz əsasında növbəlililik qaydasında aidiyyəti məsələ üzrə müvafiq kabinədə qəbul olunur və onun müraciətinə nazirliyin aidiyyəti məsul nümayəndəsi tərəfindən baxılaraq cavablandırılır.

Vətəndaşlara post-terminalın monitorundakı müvafiq bölməni seçib onlara burada göstərilən xidmətin səviyyəsini qiymətləndirmək imkanı da yaradılıb.

Son xəbərlər

Orphus sistemi